AZERBAYCAN RESPUBLİKASİ ƏRAZİSİNƏ İDXAL EDİLƏN YÜNGÜL MINIK NƏQLİYYAT VASİTƏLƏRİNƏ ŞAMİL OLUNAN GÖMRÜK ÖDƏNİŞLƏRİNİN HESABLANMASI QAYDALARI (XİF MN-8703 qrupuna aid olanlar)

Mənşə (istehsal) ölkəsi
Göndərən ölkə
Avtomobilin gömrük dəyəri*
USD
Mühərrikin işçi həcmi
sm3
Avtomobilin statusu


Dolların məzənnəsi : 1$ = AZN

Vətəndaşların nəzərinə!!!

Azərbaycan Respublikasının Gömrük ərazisinə mal qismində gətirilən nəqliyyat vasitələrinin gömrük qiymətləndirilməsi (dəyərləndirilməsi) Azərbaycan Respublikasının 20 iyun 1995-ci il tarixli "Gömrük Tarifi haqqında" Qanunu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 1998-ci il tarixli 7 saylı qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi sisteminin tətbiqi Qaydaları"na, həmçinin Azərbaycan Respublikasının qüvvədə olan digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir.

Nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı qanunvericilik aktları ilə tanış olmaq üçün aşağıdakılardan birini seçin:

1. Azərbaycan Respublikasının 20 iyun 1995-ci il tarixli "Gömrük Tarifi haqqında" Qanunu

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 1998-ci il tarixli 7 saylı qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi sisteminin tətbiqi Qaydaları"

3. Əlavə dəyər vergisinin hesablanması gaydası

4. Digər qanunvericilik aktları


Yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələblərinə əsasən mallar (o cümlədən mal qismində gətirilən nəqliyyat vasitələri) deklarant tərəfindən gömrük orqanlarına bəyan edilir.

Deklarant tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti təyin oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır.

Gömrük orqanlarının gömrük qiymətləndirilməsi məqsədilə onlara təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin həqiqiliyini və ya düzgünlüyünü araşdırmaq hüququ vardır.

Deklarant tərəfindən bəyan edilmiş malın gömrük dəyərinin təyin edilməsinin düzgünlüyünü təsdiq edən məlumat yoxdursa, yaxud deklarantın təqdim etdiyi sənədlərin düzgün olmadığına əsas varsa, bu zaman Azərbaycan Respublikasının gömrük orqanı onda olan məlumatlar (o cümlədən eyni və eynicinsli malların qiyməti barədə məlumatlar) əsasında gömrük dəyərinin müəyyən edilməsi üsullarını ardıcıl tətbiq edərək, bəyan edilmiş malın gömrük dəyərini müstəqil şəkildə təyin edə bilər.