AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | | AZ | RU | EN       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
Kinoloji Mərkəz


Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi 30 sentyabr 2003-cü il tarixdə istismara verildikdə öz parametrlərinə, texniki və avadanlıq təchizatına görə regionda analoqu olmayan, müasir standartlara uyğun yaradılmışdır. Kinoloji Mərkəz Maştağa - Zabrat şosesində yerləşir və 3 hektar ərazini əhatə edir.

Kinoloji Mərkəzin bazasında eyni vaxtda 100 baş xidməti it saxlamaq, onlara tibbi qulluq göstərmək və təlim eləmək mümkündür. Mərkəzdə həmçinin cins küçüklərin çoxaldılması, böyüdülməsi, və saxlanılması həyata keçirilir.

Mərkəzin bazasında təcrübəli və yüksək ixtisaslı mütəxəssislər tərəfindən kinoloqların hazırlanması və xidməti axtarış itlərinin aşağıdakı istiqamətlər üzrə hazırlanması həyata keçirilir. Narkotik vasitələrin axtarışı; partlayıcı maddələrin axtarışı; odlu silahların və döyüş sürsatının axtarışı; bütün növ obyektlərin mühafizəsi; iz üzrə axtarış və s.

Mərkəzdə müasir avadanlıqlarla təchiz olunmuş baytarlıq klinikası fəaliyyət göstərir ki, burda itlərin müayinə və müalicəsi üçün hər cür imkanlar var.

Kinoloji Mərkəzdə təlim olunan itlər dəfələrlə müxtəlif yarışlarda qalib olmuşlar. “Layma” ləqəbli it 2003-cü ildə Bratislavada keçirilən 2-ci Avropa Çempionatında baş mükafatı qazanmışdır. (Daha ətraflı)

 

 Ünvan:

AZ 1039, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesi, sol kənar, 1

Tel.: (0099412) 448 29 27



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi
  RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2015, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 404-22-00
Faks: (99412) 404-22-17
E-mail: international@customs.gov.az