AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | | AZ | RU | EN       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

Mobil telefonları gömrüyə bəyan etmədən gətirmək cəhdi alınmadı


Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları 21 ədəd mobil telefonun qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Heydər Əliyev Beynəlxalq Hava Limanında Dubay-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı nəzarət zonasını “Yaşıl kanal”la keçmək istəyərkən hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb.

İlkin yoxlama zamanı həmin şəxs üzərindəki 3 ədəd “Samsung Galaxy J5” markalı mobil telefonu şalvarının arxa ciblərindən çıxararaq gömrük nəzarətinə təqdim edib. Sonra isə vətəndaş şəxsi yoxlamaya dəvət olunub. Bu zaman sözügedən şəxs gödəkçəsinin iç ciblərindən və gödəkçəsinin aşağı hissəsindən 17 ədəd “Samsung Galaxy J5” markalı mobil telefonu da çıxararaq təqdim edib.

Daha sonra vətəndaşın əl çantasının yoxlanılması zamanı oradan da 1ədəd “İphone 7 Plus 128 GB” markalı mobil telefon aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat Xidməti




    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi
  RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2015, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 404-22-00
Faks: (99412) 404-22-17
E-mail: international@customs.gov.az