AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | | AZ | RU | EN       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

— Xaricdən fiziki şəxslər tərəfindən gətirilən minik avtomobillərindən nə qədər gömrük ödənişləri tutulur?

Xaricdən fiziki şəxslər tərəfindən gətirilən minik avtomobillərindən nə qədər gömrük ödənişləri tutulur?

— Yüngül minik avtomobilləri respublikanın gömrük ərazisinə gətirilərkən mühərrikinin həcmindən və gömrük dəyərindən asılı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında» 12.04.2001-ci il tarixli 80 nömrəli qərarına dəyişiklik edilməsi barədə» 27.11.2007-ci il tarixli 189 nömrəli, «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında» 12.04.2001-ci il tarixli 80 nömrəli qərarına dəyişiklik edilməsi barədə» 22.12.2003-cü il tarixli 161 nömrəli, «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» 31.01.2005-ci il tarixli 11 nömrəli qərarına dəyişikliklər edilməsi barədə» 30.12.2007-ci il tarixli 220 nömrəli qərarlarına əsasən gömrük yığımına, istehsal buraxılış tarixindən 1 il ötməmiş (təzə) avtomobillərin hər kub sm. üçün 0,4 ABŞ dolları, istehsal buraxılış tarixindən 1 il ötmüş (köhnə) avtomobillərin hər kub sm. üçün 0,7 ABŞ dolları həcmində gömrük idxal rüsumuna və 18 faiz həcmində əlavə dəyər vergisinə cəlb olunurlar.
Eyni zamanda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 190.4-cü bəndinə müvafiq olaraq aşağıda göstərilən cədvəl üzrə aksiz vergiləri tətbiq olunur.

Minik avtomobilləri: Aksizin dərəcəsi:
mühərrikin həcmi 2000 kub santimetrədək olduqda Mühərrikin həcminin hər kub santimetrinə görə - 0,15 manat
mühərrikin həcmi 3000 kub santimetrədək olduqda 300 manat + mühərrikin həcminin 2001 - 3000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə - 1 manat
mühərrikin həcmi 4000 kub santimetrədək olduqda 1300 manat + mühərrikin həcminin 3001 - 4000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə - 2 manat
mühərrikin həcmi 4000 kub santimetrdən çox olduqda 3300 manat + mühərrikin həcminin 4000 kub santimetrindən çox hissəsi üçün hər kub santimetrə görə - 4 manat



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi
  RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2015, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 404-22-00
Faks: (99412) 404-22-17
E-mail: international@customs.gov.az