AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | | AZ | RU | EN       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

- Özüm üçün Almaniyadan bir ədəd kompüter gətirsəm bunun üçün gömrük vergi və rüsumu ödəməliyəmmi?

— Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 2001-ci il tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları»na əsasən fiziki şəxslər çəkisi 50 kiloqramadək və ya dəyəri (avtonəqliyyat vasitələri və aksizli mallar istisna olmaqla) 1000 ABŞ dollarına ekvivalent malları aldıqda, qanunvericiliklə müəyyən edilmiş gömrük vergi və rüsumları ödəmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirə bilərlər. Fiziki şəxslər tərəfindən bu Qaydalarla müəyyən edilmiş dəyər və miqdar məhdudiyyətlərindən yuxarı sayda və məbləğdə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən həmin malların gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun olaraq, gömrük ödənişləri alınmaqla sadələşdirilmiş qaydada aparılır.
Eyni zamanda bildiririk ki, respublika ərazisinə gətirilən mallara gömrük vergi və rüsumlarının tətbiqi Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında» 12.04.2001-ci il tarixli 80 nömrəli qərarına dəyişiklik edilməsi barədə» 22.12.2003-cü il tarixli 161 nömrəli və «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» 31.01.2005-ci il tarixli 11 nömrəli qərarları ilə tənzimlənir.



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi
  RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2015, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 404-22-00
Faks: (99412) 404-22-17
E-mail: international@customs.gov.az